media-putin

“Avropa İttifaqı öz ölkələrini Rusiya ilə münaqişəyə sövq edir. Avropa qoşunlarının Ukrayna ərazisinə yeridilməsi Moskva ilə müharibənin başlanması demək olacaq”.

ERAmedia “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Nyu-Dehlidə keçirilən BRICS sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda onlar (Avropa ölkələri – red.) Ukrayna ərazisinə qoşun yeritmək barədə düşündüklərini deyirlər. Bu, Rusiya ilə müharibə deməkdir”, – deyə V.Putin söyləyib.

Onun sözlərinə görə, bununla belə, Rusiya Avropa ölkələrini təhdid etmir, münaqişənin başlaması üçün də əsas yoxdur.


media-adspc

Bənzər xəbərlər