media-videoedited
media-3463118
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Azərbaycan iqtisadiyyatında hədəfləri reallığa çevirmək üçün hansı alətlər lazımdır?
İlk məqalədə hədəfləri, ikinci məqalədə onların qarşısında duran reallıqları oxuculara çatdırdıq.
İndi isə əsas sual ortaya çıxır:

Azərbaycan bu hədəfləri necə reallığa çevirə bilər?

ERAmedia bu sualın cavabını iqtisadçı ekspert Rəşad Əhmədzadənin “Hədəflər necə reallığa çevrilə bilər” yazısında oxuculara təqdim edir.

İnvestisiya mühitinin yaxşılaşdırılması

Ən böyük boşluq məhz budur. Xarici sərmayədarların etibarını qazanmaq üçün:
• Hüquqi mühitin şəffaflığı,
• Məhkəmə sistemində islahatlar,
• Vergi və gömrük sistemində sadələşmə vacibdir.
Nəticə: Əgər sərmayəçi özünü təhlükəsiz hiss etməsə, heç bir iri layihə həyata keçməyəcək.

İnsan kapitalına sərmayə

Texnologiya, rəqəmsallaşma və innovasiya sahəsində uğur qazanmaq üçün təhsil sistemi dəyişməlidir.
• Ali məktəblərdə innovasiya yönümlü fakültələr,
• Təcrübəyə əsaslanan proqramlar,
• Xaricdə təhsil alan gənclərin ölkəyə geri dönüş mexanizmləri.
Nəticə: İnsan kapitalı olmadan nə rəqəmsal iqtisadiyyat, nə də turizm inkişaf edəcək.

Regional iqtisadi mərkəzlər

Azərbaycanın iqtysadi hədəfləri yalnız Bakının üzərində qurula bilməz. Qarabağ, Naxçıvan, Gəncə, Lənkəran və digər bölgələr regional iqtisadi klasterlər kimi inkişaf etdirilməlidir.
• Qarabağ – aqrar və yaşıl enerji,
• Naxçıvan – logistika və sənaye,
• Gəncə – texnologiya və təhsil mərkəzi.
Nəticə: Mərkəzləşmədən uzaqlaşmaq hərəfləri daha real edər.

Dövlətin rolunun dəyişməsi

Azərbaycan iqtisadiyyatında dövlət hələ də əsas oyunçudur. Amma inkişaf üçün dövlətin rolu “oyunçu” yox, “hakim” olmalıdır:
• Qaydaları qoyur, şəffaflığı təmin edir,
• Amma biznesin və sərmayəçinin işinə müdaxilə etmir.

Son söz
Hədəflərə çatmaq üçün şəffaflıq, investisiya mühiti, insan kapitalı və institusional islahatlar əsas şərtlərdir. Əgər bunlar həyata keçirilməsə, ən gözəl planlar da kağız üzərində qala bilər.

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər