media-whatsapp-image-2026-09-03-at-11-20-31

Hindistanın Madhya Pradeş ştatında daha bir məscidin hökumət tərəfindən söküldüyü bildirilir.

ERAmedia xəbər verir ki, məscidin sökülməsi “yolun genişləndirilməsi işləri” ilə əsaslandırılıb.

Söküntü işləri zamanı bələdiyyə əməkdaşlarını geniş təhlükəsizlik tədbirləri görən polis qüvvələri müşayiət edib.

Bələdiyyənin əlavə komissarı Santoş Tagore bildirib ki, tikili yolun genişləndirilməsi üçün müəyyən edilmiş ərazidə yerləşib və söküntü tərəflərin qarşılıqlı koordinasiyası əsasında həyata keçirilib.

Ekskavatorun söküntü işlərinə başlamasından sonra ərazidə yaşayan müsəlmanlar buna etiraz ediblər. Bunun ardınca polis ilə yerli sakinlər arasında mübahisə və gərginlik yaşanıb.

Hadisələrin daha da böyüməsinin qarşısını almaq məqsədilə əraziyə əlavə polis qüvvələri cəlb olunub.

Məscid komitəsinin üzvü Şahid Xan məscidin təxminən 100-150 il yaşı olduğunu bildirib.

Hindistanda son illərdə müsəlmanlara məxsus məscid, mədrəsə, türbə, ev və iş yerlərinin “qanunsuz tikili” və ya “dövlət torpağının zəbt edilməsi” kimi əsaslarla sökülməsi tez-tez gündəmə gəlir.

Avqustun sonunda Uttar Pradeş ştatının Muzaffarnagar bölgəsinə bağlı Phulat kəndində yerləşən Darul Ulum Rahimiya mədrəsəsinin bəzi hissələri ifrat sağçı hindu din xadimi Swami Yashveer Maharajın hədəfinə çevrilməsindən sonra sökülüb.

İyun ayında Uttar Pradeşin Sambhal bölgəsindəki Mustafa Kadri məscidi “dövlət torpağının zəbt edilməsi” əsas gətirilərək, güclü polis nəzarəti altında sökülüb. Bir gün sonra eyni ərazidə yerləşən Hede Vale Çaman Şah Baba türbəsi də oxşar əsasla dağıdılıb.

İyul ayında isə Qucarat ştatının Kutch bölgəsində “işğala qarşı əməliyyat” adı altında müsəlmanlara məxsus məscidlər, qəbiristanlıqlar, iş yerləri və evlər də daxil olmaqla, təxminən 30 tikili sökülüb.

Vural


media-adspc

Bənzər xəbərlər