media-ads-728x90
media-e95721e2-a8b0-4c2b-934d-1656f7dff985-650x376
media-ads-728x90

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda işlərin 95 %-i icra olunub.

ERAmedia xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

O qeyd edib ki, Azərbaycan nəqliyyat potensialını reallaşdırmaq üçün bir sıra infrastruktur layihələri həyata keçirib: “Ölkəmiz hazırda bu istiqamətdə yeni layihələr həyata keçirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu strategiyanın əsas sütunlarındandır”.

Hökumət rəsmisinin sözlərinə görə, 110 kilometrlik Horadiz–Ağbənd dəmir yolu xəttinin 76 kilometri tamamlanıb: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da inşası davam etdirilir”.


media-ads-728x90

Bənzər xəbərlər