İran "Həqiqi vəd - 4" əməliyyatının yeni mərhələsinə BAŞLADI
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ bazası istiqamətində yeni pilotsuz uçuş aparatları buraxıb.
ERAmedia xəbər verir ki, məlumatı TASS yayıb.
Bununla da İran “Həqiqi vəd – 4” əməliyyatının 13-cü mərhələsinə başlayıb. Fars Xəbər Agentliyinin məlumatına görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə məxsus dronlar Küveytdə yerləşən Ərifcan hərbi bazasını hədəfə alıb.









