media-im-39020149

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqların şərtlərini açıqlayaraq onlara hazır olduğunu bildirib, amma onun fikrincə, danışıqlar qarşılıqlı hörmət və maraqlar prinsiplərinə əsaslanmalıdır.

ERAmedia xəbər verir ki, Livanın Beyrut şəhərində keçirilən mətbuat konfransındakı çıxışlarında bu fikirləri səsləndirib.

İran xarici işlər naziri həmçinin “İslam Respublikasının müharibəyə hazır olduğunu” da qeyd etməyi unutmayıb.

Əraqçı, Livana səfərdə məqsədin “ikitərəfli əlaqələri genişləndirmək və İsrailin regional təhlükəsizliyə yaratdığı “təhdidlər və çətinliklər”i müzakirə etmək olduğunu bildirib.

Yanvarın əvvəlində İran İslam Respublikasında etirazlar baş verdi. Parlament sədri Məhəmməd Bağır Qalibaf ölkəyə müdaxilə edəcəyi təqdirdə ABŞ-ın hərbi bazalarına zərbə endirəcəyi ilə hədələdi.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər