media-20220107120443059347

İran hərbi lideri, general-leytenant, bu ölkədəki İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi bölməsi olan Qüds Qüvvələrinin komandiri, 3 yanvar 2020-ci il yanvarın 3-də Prezident Donald Trampın əmri ilə Bağdadda ABŞ-ın hədəfə aldığı hava hücumu nəticəsində öldürülən Qasım Süleymaninin heykəli aşırılıb.

ERAmedia xəbərə verir ki, hakimiyyətə qarşı ötən il dekabrın 28-də başlayan ümumiran etirazları fonunda Məşhəd şəhərində etirazçılar İran İslam Respulikası tarixinin ən məşhur hərbçilərdən birinin heykəlini aşırmağa müvəffəq olublar.

ERAmedia xatırladır ki, Süleymani, nüvə və raket proqramlarının hazırlanmasında iştirak edən İran hərbi və siyasi xadimləri arasındakı 15 nəfərdən kimi “qara siyahıda” idi.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər