media-ukraine-iraq-two-folded-flags-260nw-1875124456

İraq Milli Təhlükəsizlik Məsləhətçisi Qasım əl-Əbudi ölkə daxilində müxtəlif hücumlara görə məsuliyyət daşıdığı iddia edilən qrupların tutulduğunu və şübhəlilərin dindirilmə zamanı Ukrayna üçün işlədiklərini etiraf etdiklərini açıqlayıb. Hadisə ilə bağlı hərtərəfli araşdırma davam edir.

ERAmedia-nın məlumatına görə, İraq hökuməti iddia edir ki, öz sərhədləri daxilində həyata keçirilən bir neçə hücumla bağlı kəşfiyyat işləri Ukrayna ilə əlaqəni ortaya çıxarıb. İraq mediasına danışan Milli Təhlükəsizlik Məsləhətçisi Qasım əl-Əbudi hücumlara görə məsuliyyət daşıdığı güman edilən qrupların dağıdıldığını açıqlayıb.

İraqda Ukrayna üçün işləyən qrupların üzvləri tutuldu. İraq mediasına verdiyi açıqlamada İraq Milli Təhlükəsizlik Məsləhətçisi Qasım əl-Əbudi kəşfiyyat təhlili üçün məsul olan xüsusi bölmənin Ukraynanın İraqdakı fəaliyyəti ilə bağlı məlumat əldə etdiyini bildirib.

“Biz İraq torpağında müxtəlif hücumlar həyata keçirən qrupları tutduq. Dindirilmə zamanı bu şəxslər Ukrayna üçün işlədiklərini etiraf etdilər”, – deyə o əlavə edib.

Əl-Əbudi bu qrupların hansı obyektləri hədəf aldığı və ya İraq sərhədləri xaricində hücumlar həyata keçirib-keçirmədikləri barədə ətraflı məlumat verməyib, lakin ölkə daxilindəki hücumlarla bağlı sənədin olduqca mürəkkəb olduğunu vurğulayaraq bildirib

Əl-Əbudi qeyd edib ki, bu sənəd hərtərəfli araşdırma tələb edir. Onun sözlərinə görə, istintaqlar başa çatmamış hər hansı bir tərəfi bu hücumların arxasında durmaqda ittiham etmək düzgün olmazdı.

Vüsalə


media-adspc

Bənzər xəbərlər