media-69736ea0-160b-11f1-84f1-4530fae65ac6-jpg

İsrail ordusu Livanın 50-dən çox kəndinin sakinlərini təxliyə etməyə çağırıb.

ERAmedia xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, İranın dəstəklədiyi “Hizbullah” qruplaşmasının İsrail ərazisinə raket zərbələri endirməsindən sonra belə bir çağırış edilib.

“Təhlükəsizliyiniz naminə dərhal evlərinizi tərk etməli və kəndlərdən ən azı 1000 metr uzaqlaşaraq açıq ərazilərə keçməlisiniz”, – İsrail ordusunun yaydığı xəbərdarlıqda deyilir.

Açıqlamada həmçinin qeyd olunub ki, “Hizbullah” üzvlərinə, onların obyektlərinə və ya hərbi vasitələrinə yaxın olan hər kəs öz həyatını təhlükə altına atmış olur.


media-adspc

Bənzər xəbərlər