media-trend_tengiz_oil_plant_100812
media-bant_master

Yanvar-oktyabr aylarında ölkədən 587 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları – tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da ötən illə müqayisədə 18,6 faiz çoxdur.

ERAmdia-ya bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd olunub ki, ixrac olunan məhsulların dəyəri 327 milyon dollardan çoxdur.

Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 495,4 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 309,01 milyon dollar olub.


media-adspc

Bənzər xəbərlər