media-1785153251208120501_1200x630

Türkiyə hökuməti Kastamonu şimal əyalətinin Cide rayonunda sel və daşqınlardan zərər çəkmiş sakinlərin ilkin ehtiyaclarına 10 min lirə (200 dollardan çox) vəsait ayırıb.

ERAmedia xəbər verir ki, leysan yağışlarının yaratdığı təbii fəlakət nəticəsində azı 150 ev və ticarət obyekti su altında qalıb.

Meteoroloqların hesablamalarına görə, Cide rayonunda hər kvadratmetrə düşən yağıntının miqdarı 157 kq təşkil edir. Birinci mərtəbələrin sakinləri operativ şəkildə təhlükəsiz əraziyə təxliyə ediliblər.

Qara dəniz əyalətinin sakinlərinə kömək etmək üçün təxminən 800 xilasedici və bələdiyyə xidməti əməkdaşı gəlib. Fəlakət bölgəsindəki 2500 nəfər gündə üç dəfə yeməklə təmin edilib.

Su tankerləri İstanbuldan içməli su çatdırıb.


media-adspc

Bənzər xəbərlər