media-kompliment-na-kitajskom

Müasir psixologiya və sosial elmlər sahəsində aparılan tədqiqatlar göstərir ki, komplimentlər və tərif insanların əhval-ruhiyyəsinə, özünə qiymət verməsinə və münasibətlərinə nəzərəçarpacaq dərəcədə müsbət təsir edir.

ERAmedia xəbər verir ki, bu barədə “Express” nəşri yazıb.

Mütəxəssislərin fikrincə, bir dostumuza və ya yaxınımıza ünvanladığımız sadə və səmimi tərifin təsir gücünü çox vaxt lazımınca qiymətləndirmirik.

Komplimentlər onları alan insanlarda özünə hörmət və inam hissini gücləndirir, eyni zamanda sosial bağları möhkəmləndirir və qarşılıqlı hörməti artırır. Onlar mühüm sosial siqnal rolunu oynayaraq qarşı tərəfə dəyər verildiyini, onun fərq edildiyini və qiymətləndirildiyini göstərir ki, bu da emosional vəziyyətə müsbət təsir edir.

Elmi baxımdan isə komplimentlər beyində mükafatlandırma mərkəzlərini aktivləşdirir. Bu mərkəzlər zövq və müsbət emosiyalarla əlaqəlidir. Beynin reaksiyası fiziki yaxınlıq və ya dadlı yemək kimi xoş təcrübələr zamanı baş verən proseslərə bənzəyir, əhvalı yüksəldən və stressi azaldan neyromediatorlar ifraz olunur. Bundan əlavə, tərif insanı müsbət davranışını davam etdirməyə və bacarıqlarını inkişaf etdirməyə həvəsləndirir, öyrənmənin effektivliyini və özünə inamı artırır.

Komplimentlər mühüm sosial funksiyaya da malikdir: onlar ünsiyyəti asanlaşdırır, dostluğu və etibarı möhkəmləndirir. Sağlam münasibətlərdə, adətən, tənqiddən daha çox müsbət ifadələr üstünlük təşkil edir ki, bu da qrup daxilində müsbət mühitin formalaşmasına və emosional yaxınlığın qorunmasına kömək edir.

Araşdırmalar göstərir ki, insanlar öz sözlərinin təsirini tez-tez az qiymətləndirirlər. Belə ki, bir çoxumuz komplimentin qarşı tərəfdə yaradacağı müsbət effekti real təsirdən daha zəif hesab edirik. Bu isə təşəkkür və təriflərimizi daha tez-tez ifadə etməyimizə mane ola bilər.

Nəticə etibarilə, komplimentlər əhval-ruhiyyəni yaxşılaşdırmaq, dostluqları möhkəmləndirmək və həm tərifi alanın, həm də deyənin ümumi rifah səviyyəsini yüksəltmək üçün sadə və əlçatan bir vasitədir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər