media-elon_musk

Texnologiya dünyasının tanınmış siması Elon Mask müasir təhsil sistemi və tibb sahəsi barədə kəskin açıqlamaları ilə gündəmə gəlib.

ERAmedia-nın məlumatına görə, Mask bildirib ki, məktəbə getməyin əsas məqsədi yalnız sosiallaşmaqdır və yalnız öz səviyyəsində insanlarla vaxt keçirmək istəyənlər təhsil müəssisələrinə üstünlük verə bilər. O, ənənəvi diplomların əhəmiyyətini də hədəfə alıb.

Gələcəyin peşələri barədə qorxuducu proqnoz verən milyarder gənclərə açıq çağırış edib: “Tibb oxumayın”. Mask iddia edib ki, onun şirkəti “Tesla” tərəfindən hazırlanan “Optimus” robotları üç il ərzində dünyanın ən bacarıqlı cərrahlarından belə daha yaxşı əməliyyat apara biləcək.

O, süni intellektin tibb sahəsində hakimiyyətinin cərrahlıq peşəsini tarixin arxivinə göndərəcəyini söyləyərək, elm aləmində geniş müzakirələrə səbəb olub.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər