media-whatsapp-image-2026-09-03-at-11-04-37

İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizə aparan Azərbaycanın əfsanəvi partizanı Mehdi Hüseynzadənin (“Mixaylo”) partizan yoldaşları ilə çəkilmiş tarixi fotosu yayılıb.

ERAmedia xəbər verir ki, fotoda Mehdi Hüseynzadə arxa sırada, partizan dəstəsinin digər üzvləri ilə birlikdə təsvir olunub. Kadr müharibə illərində Avropada fəaliyyət göstərən partizan dəstəsinin üzvlərinin görüntüsünü əks etdirir.

Mehdi Hüseynzadə İkinci Dünya müharibəsi zamanı Yuqoslaviya və İtaliya ərazisində antifaşist partizan hərəkatında iştirak edib. “Mixaylo” ləqəbi ilə tanınan Hüseynzadə göstərdiyi şücaət və cəsarətə görə Azərbaycan tarixində qəhrəmanlıq simvollarından birinə çevrilib.

Tarixi foto onun partizan yoldaşları ilə birlikdə keçirdiyi mübarizə dövründən qiymətli arxiv görüntüsü kimi diqqət çəkir.


media-adspc

Bənzər xəbərlər