media-p_55068bc732c2edfb-600x400

Karyerasına xəbər aparıcısı kimi başlayan və daha sonra eyni vaxtda aktrisalıq və müğənniliklə məşğul olan Defne Samyeli qatıldığı bir proqramda şəxsi həyatı ilə bağlı təəccüblü açıqlamalar verib.

ERAmedia xəbər verir ki, Samyeli evli olarkən yuxusunda gördüyü uşaqlıq sevgilisini Google-da axtararaq 20 ildən sonra yenidən bir araya gəldikləri barədə danışıb.

Uşaqlıq sevgisi ilə bağlı açıqlamasında Samyeli bunları deyib:

“Evli olduğum müddətdə 12 yaşımda olan uşaqlıq sevgilim yuxumda gördüm. O vaxtkı həyat yoldaşım inanılmaz dərəcədə qısqanc bir kişi idi, amma buna baxmayaraq, oyandığımda keçmiş sevgilimi Google-da tapdım, ona mesaj yazdım və 20 ildən sonra görüşdük və şam yeməyinə getdik.”

Samyelinin uzun illərdən sonra keçmiş sevgilisi ilə yenidən əlaqəsi və birlikdə şam yeməyi yemələri proqramın ən diqqətəlayiq anlarından biri oldu.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər