Neft hasilatı artırılacaq - OPEC+
Səkkiz aparıcı OPEC+ ölkəsi əlverişli bazar şəraitinə görə neft hasilatını sutkada 137 min barel artırmaq qərarına gəliblər.
ERAmedia xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, Rusiya və Səudiyyə Ərəbistanı hər biri hasilatı sutkada 42 min barel artıracaqlar.
Bundan başqa, İraq hasilatı 17 min, BƏƏ 12 min, Küveyt 11 min, Qazaxıstan 6 min, Oman 3 min, Əlcəzair isə 4 min barel/sutka artıra biləcəklər.