Nəhəng şirkətdə əməliyyat – 31 nəfər saxlanıldı
İstanbul Baş Prokurorluğu “Vepara Elektronik Para və Ödəniş Xidmətləri” şirkəti və onun rəhbərləri barəsində tədqiqat başladıb.
ERAmedia xəbər verir ki, Türkiyə Mərkəzi Bankının (TCMB) audit hesabatı və Maliyyə Nəzarəti və Analiz Xidməti (MASAK) analizlərinə görə, cinayət yolu ilə əldə edilmiş vəsaitlər elektron pul infrastrukturu vasitəsilə sistemli şəkildə köçürülüb və çoxsaylı yerli və xarici şirkətlər üzərindən yuyulmağa cəhd edilib.
Tədqiqat zamanı müəyyən olunub ki, proqram mühəndisləri, IT mütəxəssisləri və layihə menecerləri daxil olmaqla təşkilat strukturu pul köçürmə və gizlətmə proseslərində aktiv iştirak edib.
İstanbul mərkəzli 6 əyalətdə eyni vaxtda keçirilən əməliyyat zamanı 31 şübhəli haqqında həbs qərarı verilib və şirkətə həbs qoyulub.









