Britaniya bu ölkədəki səfirliyinin əməkdaşlarını müvəqqəti geri çağırdı
Böyük Britaniya təhlükəsizlik səbəbindən İrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq geri çağırıb.
ERAmedia xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin (XİN) xəbərdarlığında deyilir.
Nazirlik həmçinin Böyük Britaniya pasportuna sahib olmağın İranda saxlanılma üçün əsas ola biləcəyini vurğulayıb:
“Əgər siz İranda saxlanılsanız, aylarla və ya illərlə həbs cəzası ilə üzləşə bilərsiniz”.
Rəsmi London İranı Azərbaycan vasitəsilə tərk etmək istəyən vətəndaşlar üçün xüsusi məlumat da paylaşıb: “İran-Azərbaycan sərhədini keçmək üçün Britaniya XİN sizin məlumatlarınızı əvvəlcədən Azərbaycanın hakimiyyət orqanlarında qeydiyyata almalıdır ki, biz sizə qeydiyyat kodu təqdim edə bilək. Azərbaycana daxil olmaq üçün sizdən həmçinin viza tələb olunacaq”.










