media-050122-qasim-comerd-tokayev-qazaxistan-prezidenti

Araşdırmaçı jurnalist Arzu Qazıyeva hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin yaxın hesab etdiyi liderlərdən biri ilk dəfə açıq şəkildə onu Ukraynada müharibəni dayandırmağa çağırıb.

ERAmedia xəbər verir ki, Arzu Qazıyevanın sözlərinə görə, bu çağırışı NATO üzvü olan hər hansı dövlətin nümayəndəsi deyil, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev səsləndirib.

Arzu Qazıyeva bildirir ki, Tokayev Putini Ukraynada müharibəni dondurmağa və İstanbul danışıqlarına qayıtmağa çağırıb. Onun sözlərinə görə, Qazaxıstan prezidenti bu münaqişənin ölkədaxili vətəndaş müharibəsi olmadığını, iki dövlət arasında baş verən qarşıdurma olduğunu vurğulayıb.

Araşdırmaçı jurnalistin təqdim etdiyi açıqlamaya əsasən, Tokayev Ukrayna xalqına, onun dilinə və mədəniyyətinə hər zaman hörmətlə yanaşdıqlarını bildirib. O, Ermənistan–Azərbaycan münaqişəsinin tarixi köklərinin və mahiyyətinin aydın olduğunu, Rusiya–Ukrayna münaqişəsinin təbiətini isə anlamağın çətin olduğunu qeyd edib.

Arzu Qazıyevanın sözlərinə görə, Tokayev gənclərin həlak olmasının böyük faciə olduğunu vurğulayaraq, onların hər birinin xalqın genofondunun bir hissəsi olduğunu bildirib və bu səbəbdən müharibənin dayandırılmasının vacibliyini ifadə edib.

Araşdırmaçı jurnalist hesab edir ki, Tokayevin bu mövqeyi digər postsovet ölkələrinin rəhbərləri tərəfindən dəstəklənərsə, bu, Putinin mövqeyinə təsir göstərə bilər. Onun fikrincə, belə olan halda Rusiya lideri bunu “hamı məndən xahiş etdi” kimi təqdim edərək həm ölkəsini düşdüyü vəziyyətdən çıxarmağa, həm də siyasi nüfuzunu qorumağa çalışa bilər.

Arzu Qazıyeva əlavə edir ki, Tokayevin çağırışı zamanı Putinin reaksiyası diqqət çəkib. Onun iddiasına görə, Rusiya prezidenti cavabında Ukrayna istiqamətində gedən proseslər barədə Tokayevə məlumat verəcəyini bildirib.

Sonda araşdırmaçı jurnalist belə qənaətə gəlir ki, Putinin sərt mövqeyi və hikkəsi onun mövcud reallıqla barışmasını çətinləşdirir.


media-adspc

Bənzər xəbərlər