Senator Rusiyanı gözləyən yeni sanksiyalardan yazdı
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsini təsdiqləyib.
ERAmedia xəbər verir ki, bu barədə Respublikaçı senator Lindsi Qrem X sosial media platformasında bildirib.
Siyasətçi Amerika lideri ilə “məhsuldar” görüş keçirdiyini və bundan sonra sonuncu Rusiyaya qarşı ikipartiyalı sanksiyalar qanun layihəsinə yaşıl işıq yandırdığını bildirib. Qrem xatırladıb ki, o, bu sənəd üzərində uzun aylardır senator Riçard Blumental və “bir çox başqaları” ilə işləyib.
Respublikaçı həmçinin qeyd edib ki, “güclü” ikipartiyalı səsvermə gözləyir. O, həmçinin ümid edir ki, bu, gələn həftə baş tutacaq.
Ural Dəyirmançı









