media-ienvbt9ejwlbzfqwqop7ydelmuuleq7tlw80mrmw_1200

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy məclisi baş tutub.

ERAmedia xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayıb.

Bildirilib ki, bəy – Sərdar Ramazanov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

O, müharibə zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Toy mərasiminə qatılan kənd sakinləri və müxtəlif bölgələrdən gələn qonaqlar, gənc ailəyə xeyir-dua verərək, bu xoş günün yaşanmasını gerçəyə çevirən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, Vətən uğrunda sağlamlığını itirərək bu torpaqların azadlığına töhfə verən qazilərin minnətdarlıqlarını bildiriblər.

media-q3ooq0llyszny3u3lj3nzjkhlfipestyhwueq9sl_640media-1ripdttnzcnxvdggyevolnzotzofl1inqvrbmo1o_640


media-adspc

Bənzər xəbərlər