Statistikanın inkişafı - tərəqqisi - ÖZƏL
“Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır” – Ulu Öndər Heydər Əliyev
Azәrbaycan son illәrdә bütün sahәlәrdә inkişaf edәrәk regionun lider dövlәtinә çevrilmişdir. Dövlәt Statistika Komitәsindә aparılan islahatlar statistikanın inkişafınatәrәqqisinә yeni töhfәlәr vermişdir. Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Әliyev 2012ci il dekabr ayının 21dә ölkәdә statistik mәlumatlarla tәminatın daha da yaxşılaşdırılmasını, milli statistika sisteminin beynәlxalq standartlara uyğunlaşdırılınası işinin sürәtlәndirilmәsini vә dövlәt statistika orqanlarının vahid informasiya sisteminin, o, cümlәdәn “estatistika”nın inkişafını tәmin etmәk mәqsәdilә Sәrәncam imzalamışdır. Sәrәncama әsasәn qәbul olunmuş Dövlәt Proqramının başlıca mәqsәdi ölkәdә statistika sahәsindә işlәrin tәkmillәşdirilmәsi, o cümlәdәn statistik mәlumatlarla tәminatın daha da yaxşılaşdırılması vә milli statistik göstәricilәr sisteminin dünya standartları sәviyyәsinә çatdırılmasıdır.
Dövlәt Proqramının әsas istiqamәtlәri milli hesablar sisteminin tәkmillәşdirilmәsi, kәnd tәsәrrüfatı, meşәçilik vә әtraf mühit statistikası sahәsindә rәsmi statistikanın inkişaf strategiyası, geniş istifadәçi dairәsinin keyfiyyәtli mәlumat tәminatına yönәldilmiş kompleks tәdbirlәrin hәyata keçirilmәsi, beynәlxalq standartlara cavab verәn turizm statistikasının inkişaf etdirilmәsi, gәnclәrin ölkә iqtisadiyyatında iştirakını öyrәnmәk, ölkә әhalisinin informasiyakommunikasiya texnologiyalarından istifadәsinә dair seçmә statistik müayinәlәr aparmaq vә sairәdir. Statistika sistemindә keyfiyyәtin idarә edilmәsi vә metamәlumat sisteminin tәtbiqi Dövlәt Proqramının әsas istiqamәtlәrindәn olmuşdur. Burada nәzәrdә tutulan tәdbirlәr nәticәsindә keyfiyyәtin idarә olunması standartları üzrә statistikanın bütün sahәlәrindә müşahidәlәrin standart modellәrә uyğun tәhlilinә, statistik hesabat formaları vә göstәricilәr üzrә metamәlumatlar sistemlәrinin yaradılmasına vә onun mәlumat bazalarına inteqrasiyasına, statistika proseslәrinin vә mәlumatların keyfiyyәtinә beynәlxalq uyğunluq sertifikatının alınmasına nail olunmuş, Komitәnin internet sәhifәsindә yerlәşdirilәn yekun mәlumatların mәlumat bazalarına inteqrasiyası tәmin edilmişdir. Dövlәt Proqramının hәyata keçirilmәsinin maliyyә tәminatı dövlәt büdcәsindә Dövlәt Statistika Komitәsi üçün nәzәrdә tutulan vәsait vә qanunvericiliyә zidd olmayan digәr xarici vә daxili mәnbәlәr hesabına maliyyәlәşdirilmişdir. Maliyyә vәsaitlәrindәn, әsasәn, Dövlәt Proqramında nәzәrdә tutulmuş müayinәlәrin tәşkili, struktur bölmәlәrinin rәhbәr kadrlarının vә mütәxәssislәrinin xarici dövlәtlәrdә vә ölkә daxilindә tәcrübә keçmәsinin tәşkili, Komitә sistemindә istifadә olunan hesablama texnikasının, telekommunikasiya vә digәr avadanlıqların, proqram tәminatının yenilәşdirilmәsi vә modernlәşdirilmәsi üçün istifadә edilmişdir.
2015ci ilin avqust ayında Komitәyә yeni rәhbәrin tәyin olunması statistika sistemindә işçilәrin mәsuliyyәtini daha da artırmış vә qarşıya qoyulmuş vәzifәlәr uğurla hәyata keçirilmişdir. 2016cı ildә Baş Hesablama Mәrkәzi lәğv edilmiş, Dövlәt Statistika Komitәsinin yeni strukturu tәsdiq olunmuşdur. Bakı şәhәrindә fәaliyyәt göstәrәn 11 rayon statistika idarәlәri lәğv edilәrәk, Bakı Şәhәr Statistika İda rәsinә birlәşdirilmiş, hesabatların yığılması mәrkәzlәşdirilmişdir. “Elmi Tәdqiqat vә Statistik İnnovasiyalar Mәrkәzi” MMCnin rәhbәrliyi dәyişdirilmişdir. 2016cı ildә Bakı Şәhәr Statistika İdarәsinin yeni binasının açılışında Azәrbaycan Respublikası Prezidenti cәnab İlham Әliyevin iştirak etmiş, Dövlәt Statistika Komitәsinin әsas binası vә yerli statistika idarәlәrinin binaları әsaslı tәmir edilmiş vә beş rayonda statistika idarәlәrinә müasir tipli yeni inzibati binalar tikilib istifadәyә verilmişdir.
Dövlәt Statistika Komitәsinә bilikli, bacarıqlı, gәnc kadrların şәffaf şәkildә işә qәbuluna, iş şәraitinin yaxşılaşdırılmasına, yerli statistika orqanlarının yeni texnika ilә tәchiz edilmәsinә nail olunmuşdu. Dövlәt Statistika Komitәsi hәr ilin yekunları ilә bağlı geniş tәrkibdә kollegiya iclası keçirir. İclasda görülmüş işlәr müzakirә olunur vә nöqsanların aradan qaldırılması üçün tәdbirlәr müәyyәnlәşdirilir.
Rәsmi statistika mәlumatlarının müasir tәlәblәrә uyğun hazırlanması, milli statistika sisteminin inkişafı mәsәlәlәrini daim diqqәt mәrkәzindә saxlayan Dövlәt Statistika Komitәsi 2024cü ildә dә öz fәaliyyәtini Statistik işlәr proqramı әsasında qurmuş, “Azәrbaycan 2030: sosialiqtisadi inkişafa dair Milli Prioritetlәr”dәn, Azәrbaycan Respublikasının 20222026cı illәrdә sosialiqtisadi inkişaf Strategiyasından, 20182025ci illәrdә Azәrbaycan Respublikasında rәsmi statistikanın inkişafına dair Dövlәt Proqramından, “2025ci ildә Azәrbaycan Respublikasında kәnd tәsәrrüfatının siyahıyaalınmasına hazırlıq vә onun keçirilmәsi haqqında” Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin Qәrarından, BMT Baş Assambleyasının qәbul etdiyi “Dünyamızın transformasiyası: 2030cu ilәdәk dayanıqlı inkişaf sahәsindә Gündәlik”dәn irәli gәlәn vәzifәlәrin icrası, dәqiq statistik mәlumatlara, davamlı informasiya dәstәyinә olan tәlәbatın ödәnilmәsi mәqsәdilә zәruri tәdbirlәr görmüşdür.
Seçmә statistik müayinәlәr vasitәsilә әldә edilәn mәlumatların istehsalı davam etdirilmiş, sorğu yolu ilә il әrzindә müxtәlif mövzular üzrә 24 statistik müayinә keçirilmiş, әldә edilmiş mәlumatlar icmallaşdırılaraq nәşr edilmiş, istifadәçilәrә çatdırılmış vә Komitәnin internet sәhifәsindә yerlәşdirilmişdir.
“Azәrbaycan Respublikasında 2024cü ilin “Yaşıl dünya naminә hәmrәylik ili” elan edilmәsi ilә bağlı Tәdbir Planı”ndan irәli gәlәn tәdbirlәrin icrası ilә әlaqәdar “Yaşıl inkişaf” üzrә statistik göstәricilәr sistemi hazırlanmış vә müvafiq mәlumatların Komitәnin rәsmi internet sәhifәsindә ASİS – statistik mәlumatların yayım sisteminin bu mәqsәd üçün yaradılmış hissәsindә yerlәşdirilmәsi tәmin olunmuşdur. Bununla yanaşı, sözügedәn Tәdbirlәr Planına uyğun olaraq, Komitәnin yerli statistika orqanları tәrәfindәn 2024cü il әrzindә 18,3 hektar әrazidә müxtәlif növdә 4877 ağac tingi әkilmişdir.
2024cü ildә Komitәnin әsas fәaliyyәt istiqamәtlәrindәn biri metodoloji bazanın möhkәmlәndirilmәsi olmuş, BMT, Avrostat vә digәr beynәlxalq tәşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla, habelә yerli qanunvericilikdә baş vermiş dәyişikliklәr nәzәrә alınmaqla 16 metodoloji material yenidәn işlәnilmiş, 37nә isә müvafiq әlavә vә dәyişikliklәr edilmişdir. Statistika mәlumatlarının keyfiyyәtinin beynәlxalq tәlәblәrә uyğunlaşdırılması mәqsәdilә statistik hesabat formalarının tәkmillәşdirilmәsi işi davam etdirilmişdir. Komitәnin tәşәbbüsü ilә aidiyyәti dövlәt qurumları ilә razılaşdırılmaqla il әrzindә 11 hesabat forması yeni redaksiyada tәsdiq edilmiş, 3 hesabat for ması lәğv edilmiş, 42 formaya isә aktuallığını itirmiş gös tәricilәrin çıxarılması, tәlәbata uyğun yenilәrinin әlavә edilmәsi ilә yenidәn baxılmışdır.
Komitәnin vebsәhifәsi (www.stat.gov.az) istifadәçilәrin maraqlarının tәmin edilmәsi baxımından müntәzәm olaraq tәkmillәşdirilmiş vә yenilәnmiş, mәlumat bazaları әsas sosialiqtisadi göstәricilәr üzrә çoxsaylı cәdvәllәri, tәhlil vә metodoloji materialları әhatә etmişdir. 2024cü ildә internet sәhifәsinә 91,3 faizi ölkә әrazisindәn, 8,7 faizi isә xarici ölkәlәrdәn olmaqla hәr gün orta hesabla 10,4 min istifadәçi daxil olmuşdur. Vebsәhifәdәn istifadә vәziyyәtinin, mәlumatların әldә edilmәsi ilә bağlı göstәrilәn xidmәtlәrin keyfiyyәtinin, yayımlanan mәlumatların dolğunluğunun, ümumiyyәtlә istifadәçilәrin mәmnunluq dәrәcәsinin qiymәtlәndirilmәsi mәqsәdilә onların statistik mәlumatlarla tәmin olunmasına dair sorğu keçirilmişdir. Media subyektlәrinin vә vәtәndaş cәmiyyәti institutlarının nümayәndәlәrinin dә iştirak etdiyi sorğunun nәticәlәri ümumilәşdirilәrәk Komitәnin internet sәhifәsindә yerlәşdirilmişdir. Bununla yanaşı, Komitә tәrәfindәn göstәrilәn elektron xidmәtlәrin keyfiyyәtinin qiymәtlәndirilmәsi mәqsәdilә internet sәhifәnin “Elektron xidmәtlәr” bölmәsi vasitәsilә “İstifadәçi mәmnunluğu sorğusu” keçirilmiş vә nәticәlәri tәhlil edilmişdir. Sorğuda iştirak etmiş istifadәçilәrin 80,1%i “Tәqdim edilәn elektron xidmәtin keyfiyyәtindәn razısınızmı” sualına “Bәli”, 7,9%i “Qismәn”, 12,0%i “Xeyr”; “Elektron xidmәtdәn istifadә Sizә hansı üstünlüklәri verir” sualına 23,2%i “Vaxt itkisini azaldır”, 23,3%i “Rahatlığı tәmin edir”, 23,4%i “Neqativ halların baş vermәmәsi üçün bir vasitәdir”, 30,1%i “Digәr üstünlüklәri vardır”; “Elektron xidmәtin tәqdim edilmәsi üçün hazırlanmış onlayn proqram tәminatının strukturu Sizi qane edirmi” sualına isә 99,97%i “Bәli”, 0,02%i “Qismәn”, 0,01%i “Xeyr” cavabını qeyd etmişdir.
Rәsmi statistik hesabatların elektron qәbulu sәviyyәsinin artırılması mәqsәdilә görülmüş tәdbirlәr nәticәsindә “Rәsmi statistik hesabatların tәqdim edilmәsi” elektron xidmәti vasitәsilә hesabat formalarını elektron şәkildә tәqdim edәn hüquqi vә fiziki şәxslәrin xüsusi çәkisi 97,0 faizi ötmüşdür. Bundan başqa, respondentlәrin yerli statistika orqanlarına gәlmәdәn hesabatlılıq sәviyyәsinin artırılması mәqsәdilә “Rәsmi statistik hesabatların tәqdim edilmәsi” elektron xidmәtinә aid bölmәdә әlavә 2 proqram tәminatı, 3 bildiriş vә tәlimatdan ibarәt “Statistik vahidlәrin nәzәrinә” altbölmә yaradılmışdır. “Tәqdim edilәcәk hesabatlar haqqında mәlumat” proqram tәminatlarının tәtbiqi ilә hüquqi şәxslәrә yerli statistika orqanlarına gәlmәdәn tәqdim edәcәklәri hesabatlar haqqında mәlumat әldә etmәk vә fәaliyyәtin dayandırılması haqqında arayış tәqdim etmәk imkanı yaradılmışdır.
Komitә tәrәfindәn hәyata keçirilәn vә Vahid Giriş (Lo gin) Sisteminә inteqrasiya edilmiş “Sahibkarlıq subyektinә ölçüsünә görә aid olduğu kateqoriyaya dair elektron arayışın verilmәsi” elektron xidmәtinin Vahid Giriş (“ASAN Login”) sisteminin yeni “Digital Login”in tәkmillәşdirilmiş 2ci versiyasına keçidi tam tәmin olunmuşdur. Bundan başqa, “Rәsmi statistik hesabatların tәqdim edilmәsi” elektron xidmәtinin dә “Digital Login”ә inteqrasiyası ilә bağlı hazırlıq işlәri başa çatdırılmış, bu mәqsәdlә texniki işlәrin alqoritmi vә proqram tәminatı hazırlanmışdır.
Komitә tәrәfindәn göstәrilәn 6 elektron xidmәtin hәr biri “responsiv veb dizayn texnikası” ilә hazırlanmış vә ağıllı telefon, planşet kimi müxtәlif ekran ölçülü cihazlarda bu xidmәtlәrdәn istifadә zamanı sәhifәnin ölçülәrinin cihazın ekran genişliyinә görә dәyişdirilmәsi vә cihaz ekranı ilә tam uyğun şәkildә istifadәçiyә tәqdim olunması, hәmçinin xidmәtlәrin İOS vә Android platformalarında istifadәsi üçün müvafiq funksionallıqlar tәmin edilmişdir.
Bundan әlavә, Komitә tәrәfindәn hәyata keçirilәn “Rәsmi statistik hesabatların tәqdim edilmәsi” elektron xidmәtinin, “Statistik vahidlәrin nәzәrinә” altbölmәnin, “Tәqdim edilәcәk hesabatlar haqqında mәlumat” proqram tәminatının funksionallığının genişlәndirilmәsi mәqsәdilә hәmin proqramın da mobil texnologiyalar vasitәsilә istifadәsi tәmin edilmiş, hüquqi şәxslәrә yerli statistika orqanlarına gәlmәdәn tәqdim edәcәklәri hesabat formaları haqqında mәlumat әldә etmәk imkanının yaradılması üçün bu proqram tәminatı üzrә HTML 5in “Meta” teqi tәtbiq edilmişdir.
Elektron xidmәtlәrin “Elektron hökumәt” portalı vasitәsilә tәqdimatına dair vәtәndaşlar arasında ictimai maariflәndirmә tәdbirlәrinin hәyata keçirilmәsi mәqsәdilә Komitәnin rәsmi internet sәhifәsinin “Exidmәtlәr” bölmәsindә bu xidmәtlәr haqqında әtraflı mәlumatlar yerlәşdirilmiş, “Facebook”, “Youtube”, “X” vә “İnstagram” sosial şәbәkәlәrindә Komitәnin sәhifәsinin aktiv fәaliyyәti tәmin edilmiş vә ölkәnin sosial, iqtisadi göstәricilәrini әks etdirәn infoqrafikalar vә videoçarxlar hazırlanaraq yayımlanmışdır. Hәmçinin internet sәhifәnin mobil versiyasının mütәmadi olaraq tәkmillәşdirilmәsi vә statistik mәlumatların vaxtlıvaxtında yenilәnmәsi davam etdirilmişdir.
“2025ci ildә Azәrbaycan Respublikasında kәnd tәsәrrüfatının siyahıyaalınmasına hazırlıq vә onun keçirilmәsi haqqında” Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2023cü il 04 oktyabr tarixli, 357 nömrәli Qәrarının icrası olaraq, 2024cü il iyulun 15dәn avqustun 15dәk Ağsu rayonunun 3 inzibati әrazi dairәsi üzrә tәsәrrüfatlarında kәnd tәsәrrüfatının sınaq siyahıyaalınması keçirilmişdir.
BMTnin Әrzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatının nümayәndәsinin iştirakı ilә siyahıyaalma heyәti üçün tәlim tәşkil olunmuş, siyahıyaalma zamanı ilk dәfә CAPI (Computer Assisted Personal Interviewing – kоmpüter vasitәsilә şәxsi müsahibә) üsulu ilә әldә edilәcәk mәlumatların planşet tipli kompüterlәrә (planşetlәrә) daxil edilmәsi üçün hazırlanmış xüsusi proqram tәminatları vә siyahıyaalma vәrәqәsi uğurla sınaqdan keçirilmiş, kәnd tәsәrrüfatının әsas siyahıyaalınması isә 2025ci il iyulun 15dәn avqustun 15dәk keçirilmişdir.
Dayanıqlı İnkişaf Mәqsәdlәri (DİM) göstәricilәri üzrә statistik mәlumat bazasının genişlәndirilmәsi mәqsәdilә 19 yeni göstәrici üzrә mәlumatlar hazırlanmış, bununla da mәlumat istehsalı tәmin olunan DİM göstәricilәrinin sayı 140a çatdırılmışdır ki, onlardan da 109u milli prioritet kimi müәyyәn edilmiş göstәricilәrdir. Bunlarla yanaşı, 2024cü ildә ilk dәfә olaraq milli 18ci DİM (“Mina tәhlükәsi ilә mübarizәyә dair fәaliyyәtlәr”) göstәricilәri üzrә mәlumatların toplanılmasına başlanmış vә 14 göstәrici üzrә mәlumat istehsalı tәmin edilmişdir.
“2024cü il üçün metodoloji vә mәlumat istifadәçilәri ilә iş planı”na uyğun olaraq statistik mәlumat istifadәçilәrinin (müxtәlif nazirlik, komitә, digәr qurumlar, media nümayәn dәlәri) iştirakı ilә mәşğulluq vә әmәkhaqqı, dayanıqlı inkişaf vә regionlar, tәhsil, energetika vә әtraf mühit, kәnd tәsәrrüfatı, demoqrafiya, milli hesablar, turizm, qiymәt, sәnaye vә tikinti, ticarәt statistikası mәsәlәlәrinә, “Hәyat keyfiyyәtinin statistikası sahәsindә keçirilmiş müayinәlәrdәn (ev tәsәrrüfatları büdcәlәrinin tәdqiqatı, әhalinin әrzağa әlyetәrliyi sәviyyәsinin öyrәnilmәsinә dair, ev tәsәrrüfatlarının bәzi mal vә xidmәtlәrә әlyetәrliyi vә digәr imkanları haqqında) әldә edilmiş göstәricilәrin tәhlili”, “Dövlәtstatkomun kommunikasiya strategiyası haqqında” vә s. mövzulara hәsr olunmuş seminargörüşlәr keçirilmişdir. Ümumilikdә, il әrzindә Komitәdә 203 istifadәçinin iştirakı ilә 13 görüş keçirilmişdir. İl әrzindә istifadәçilәrdәn Komitәyә daxil olan sorğular mütәmadi olaraq tәhlil edilmiş, daha çox maraq doğuran göstәricilәr müәyyәnlәşdirilmiş vә nәşr edilәn mәlumatların istifadәçilәrin sorğularına uyğunluğu tәmin edilmişdir. Hakimiyyәt orqanlarının vә digәr statistik mәlumat istifadәçilәrinin cari tәlәbatlarının ödәnilmәsi mәqsәdilә 2024cü ildә müxtәlif mövzular üzrә 32 adda illik statistik mәcmuә vә digәr nәşrlәr çap etdirilmiş, 52 tәhlili mәruzә vә 125 mәtbumәlumat hazırlanmışdır. Statistik mәcmuә vә bülletenlәrin elektron versiyaları Komitәnin vebsәhifәsindә yerlәşdirilmişdir.
2024cü ildә Komitәnin fәaliyyәtinin әsas istiqamәtlәrindәn birini dә beynәlxalq tәşkilatlarla әmәkdaşlıq tәşkil etmişdir. BMT vә onun tәşkilatları, Avropa İttifaqı, BVF, Dünya Bankı, Asiya İnkişaf Bankı, İӘİT, İӘT, Avrostat, MDB Dövlәtlәrarası Statistika Komitәsi vә bir sıra digәr beynәlxalq tәşkilatlarla, hәmçinin dünya ölkәlәrinin milli statistika xidmәtlәri ilә әmәkdaşlıq, eyni zamanda milli metodologiyaların beynәlxalq standartlara uyğunlaşdırılması, tәcrübә mübadilәsinin aparılması, qabaqcıl tәcrübәlәrin öyrәnilmәsi vә tәtbiqi, beynәlxalq mәlumat portallarında Azәrbaycan Respublikasına aid statistik mәlumatların yoxlanılması, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamәtindә beynәlxalq tәşkilatlarla işlәr davam etdirilmişdir. Komitәnin rәhbәr heyәti dә daxil olmaqla, 60 әmәkdaşı müxtәlif beynәlxalq tәşkilatlar vә xarici ölkәlәrin milli statistika qurumları tәrәfindәn tәşkil edilmiş 64 әyani tәdbirdә, 87 әmәkdaşı isә onlayn formada keçirilәn 63 tәdbirdә iştirak etmiş, mütәxәssislәri beynәlxalq ekspert vә işçi qruplarının tәrkibindә fәaliyyәtlәrini davam etdirmişlәr.
Azәrbaycan Respublikası Prezidentinin fәrman, sәrәncam vә tapşırıqlarının icra vәziyyәtinin “Dövlәt Nәzarәti İnformasiya Sistemi” vasitәsilә 2023cü il üzrә qiymәtlәndirilmәsinin nәticәlәrinә görә mәrkәzi icra hakimiyyәti orqanları arasında 1ci mövqedә qәrarlaşmış Dövlәt Statistika Komitәsi bundan sonra da üzәrinә düşәn vәzifәlәrin icrasını tәlәb olunan sәviyyәdә tәmin etmәk әzmindәdir.
20152025ci illәr әrzindә hәmkarlar ittifaqı üzvlәrinә yüzlәrlә müalicә, turist vә istirahәt yollayışları verilmişdir. İşçilәrin sağlamlığı qayğısına qalan rәhbәrlik vә Birlәşmiş Hәmkarlar İttifaqı Komitәsinin Rәyasәt Heyәti dәfәlәrlә işçilәrin sağlamlıq müayinәsindәn keçirilmәsini tәmin etmişdir.
Pandemiya dövründә Komitә rәhbәrliyi 1300 nәfәr işçinin hәr birinin sağlamlığı ilә maraqlanmış, onların müalicәsi üçün maddi yardım etmişdir. Hәr bir işçinin ailә üzvlәrinin problemlәri, xeyir vә hüzn işlәrinә mәnәvi vә maddi kömәklik göstәrilmişdir. Yeni il vә Novruz bayramı şәnliklәri tәşkil edilmiş, işçilәrin övladlarına hәdiyyәlәr verilmişdir. Hәmkarlar İttifaqı işçilәrinin kütlәvi gәzintilәr, sәyahәtlәr vә idman yarışlarının keçirilmәsinә xüsusi diqqәt ayırmışdır.
Hәr yeni il әrәfәsindә hәmkarlar ittifaqı üzvlәrinә ailә vәziyyәti nәzәrә alınaraq maddi yardım verilir, müalicәyә ehtiyacı olan işçilәrin müxtәlif sanatoriyalarda müalicәsi vә istirahәtlәri tәmin olunur. Son illәr әrzindә ölkә iqtisadiyyatı inkişaf edәrәk regionun lider dövlәtinә çevrilәn Azәrbaycanda bütün sahәlәrdә olduğu kimi statistikanın inkişafı vә tәrәqqisi dә göz önündәdir.
Ölkә başçısının gәnc kadrlara göstәrdiyi diqqәt vә qayğısı Dövlәt Statistika Komitәsindә daha çox hiss olunur. Belә ki, ixtisaslı, savadlı gәnc kadrların irәli çәkilmәsi iqtisadiyyatımızın daha da inkişafına vә ölkәmizi uğurlu gәlәcәyә aparır. Respublikanın rәhbәr orqanlarının Dövlәt Statistika Komitәsi qarşısında qoyduqları vәzifә vә tapşırıqlarını vaxtında vә keyfiyyәtlә yerinә yetirdiklәrinә görә 85 nәfәr Komitәn әmәkdaşı ölkә Prezidentinin sәrәncamlarına әsasәn fәxri ad, orden vә medallarla tәltif olunmuşdur. Dövlәt Statistika Komitәsinin sәdri Tahir Budaqov Azәrbaycan Respublikası Prezidentinin 2024cü il 31 dekabr tarixli 439 nömrәli Sәrәncamı ilә Azәrbaycan Respublikasının ictimaisiyasi hәyatında sәmәrәli fәaliy yәtinә görә “Şöhrәt” ordeni ilә tәltif edilmişdir.
Azәrbaycan Respublikası Prezidenti cәnab İlham Әliyevin statistika orqanları qarşısında qoyduğu vәzifә vә tapşırıqlar qarşıdan gәlәn illәrdә dә layiqincә yerinә yetirilәcәkdir.
Rafael Suleymanov,
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi kollegiyasının üzvü,
Elbrus Quliyev,
Statistika orqanları veteranı, dövlət qulluğunun baş müşaviri