Sumqayıtda elektrik avtobusları istehsal ediləcək - Mikayıl Cabbarov
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “BYD” şirkətinin Kommersiya nəqliyyat vasitələri şöbəsinin baş direktoru Tien Çunlon ilə görüş keçirib.
ERAmedia xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında paylaşım edib. Nazir bildirib ki, görüş zamanı ölkəmizlə biznes tərəfdaşlığı üzrə yeni imkanlar, təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
“Yeni istehsal sahələrinə investisiya qoyuluşunun əlavə dəyər zəncirinin inkişaf etdirilməsində əhəmiyyətini vurğuladıq. Sumqayıt Sənaye Parkında reallaşdırılan elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsi üzrə görülən işləri və qarşıdakı dövr üçün hədəfləri nəzərdən keçirdik”, – deyə o, qeyd edib.