media-videoedited
media-556835202_1477817867190670_5031229447592014911_n
media-shehidler_olmez_baner_full
Ermənistanın son vaxtlar sülh və kommunikasiya xətlərinin, xüsusilə də Zəngəzurdan keçəcək Tramp marşrutunun açılması ilə bağlı ardıcıl bəyanatlar verməsi əslində ölkənin iqtisadi durumu və maraqları ilə sıx bağlıdır. Bu marşrutun fəaliyyətə başlaması Ermənistan üçün bir neçə mühüm fayda yaradır.
media-tahir_mirkishili_2023
ERAmedia-ya açıqlamasında bu fikirləri Milli Məclisin deputatı, iqtisad üzrə fəlsəfə doktoru Tahir Mirkişili deyib.
O, bildirib ki:  “İlk növbədə, Ermənistan uzun illər apardığı işğalçılıq siyasəti nəticəsində regional kommunikasiya və tranzit dəhlizlərindən kənarda qalıb. Yeni marşrut isə ölkəyə həm Avropa, həm də Asiya bazarlarına birbaşa çıxış imkanı verəcək. Bu, mövcud ticarət yollarının diversifikasiyası deməkdir və Ermənistanın yalnız Gürcüstan və Rusiya vasitəsilə dünyaya bağlanmaq məcburiyyətini aradan qaldıracaq. İkinci mühüm məqam, ticarət və ixrac imkanlarının genişlənməsidir. Xüsusilə kənd təsərrüfatı, ağır və yüngül sənaye məhsulları üçün Azərbaycan, Türkiyə, Avropa və Orta Asiya bazarlarına ucuz çıxış asanlaşacaq. Nəqliyyat xərclərinin azalması məhsulların rəqabət qabiliyyətini artıra və ixrac potensialını gücləndirə bilər. Üçüncü olaraq, açıq kommunikasiya xətləri Ermənistanı regionda qapalı iqtisadiyyatdan tranzit ölkəyə çevirə bilər. Bu isə logistika, anbar, nəqliyyat xidmətləri və hətta turizm sahəsinə yeni xarici investisiyaların gəlməsi üçün şərait yarada bilər”.
Millət vəkili həmçinin qeyd edib ki: “Bundan əlavə, Ermənistanın enerji və kommunikasiya baxımından regional layihələrə qoşulmaq imkanı yaranacaq. Azərbaycan və Türkiyə vasitəsilə enerji dəhlizlərinə, gələcəkdə isə bəlkə də yaşıl enerji marşrutlarına qoşulmaq imkanı Ermənistanın hazırda məhdud enerji təhlükəsizliyini gücləndirə bilər. Nəhayət, tranzit ölkə statusu Ermənistan üçün əlavə büdcə gəlirləri deməkdir. Gömrük və tranzit rüsumlarından əldə olunacaq vəsait, həmçinin logistika və xidmət sektorunda yaranacaq yeni iş yerləri ölkə iqtisadiyyatına sosial baxımdan da müsbət təsir göstərəcək. Yekun olaraq, İrəvanın bu marşrutun tez bir zamanda açılmasına maraq göstərməsi təbiidir. Çünki Ermənistan üçün bu, uzun illərin blokadasından çıxış, Azərbaycanın liderliyi ilə reallaşan regional iqtisadi sistemə inteqrasiya və dayanıqlı inkişaf üçün yeni dividentlər əldə etmək imkanıdır”.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər