media-videoedited
media-bc2c5f38-f7d0-3c93-ba40-6da3cd143ec5_825
media-shehidler_olmez_baner_full

Azərbaycanın strateji valyuta ehtiyatları 81,5 milyard ABŞ dollarına çatıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, ilin əvvəli ilə müqayisədə 14,7 % çoxdur.

“Bu, 9 ayda 10,5 milyard ABŞ dolları artım deməkdir. Strateji valyuta ehtiyatlarımız 37 aylıq idxalı maliyyələşdirməyə kifayət edir və inanılmaz yüksək göstəricidir”, – deyə baş bankir əlavə edib.


media-adspc

Bənzər xəbərlər