media-videoedited
media-tax-consulting-rp-auditing
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

2024-cü il yanvarın 1-nə Azərbaycanda vergi ödəyicilərinin dövlət büdcəsinə 3 milyard 120.4 milyon manat borcu yaranıb.

ERAmedia xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12.2% çoxdur. Bundan başqa, hesabat tarixinə 2 milyard 225.6 milyon manat artıq ödəmə olub. 2024-cü ildə vergi yığımları üzrə ümumilikdə 431.4 milyon manat vəsait qaytarılıb.

2024-cü ilin sonuna vergi borclarının ümumi daxilolmalarda xüsusi çəkisi 19.7% olub. Beynəlxalq Valyuta Fondunun Vergi İnzibatçılığı Diaqnostik Qiymətləndirmə Alətinə (TADAT) əsasən, büdcə ilində ümumi vergi borclarının həmin ilin sonuna olan ümumi vergi gəlirlərinə nisbəti 20%-dən artıq olmadığı halda, müvafiq sahə üzrə inzibatçılıq lazımi səviyyədə qiymətləndirilir.

Bundan başqa, artıq ödəmələrin ümumi daxilolmalarda xüsusi çəkisi 14.1% təşkil edib. Artıq ödəmə məbləği, əsasən, ölkə daxilində əldə edilmiş mallara görə əldə edilmiş elektron qaimə-fakturalar əsasında ƏDV üzrə əvəzləşmə və idxalda ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranan müsbət saldodur.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər