media-17881938333364746413_1200x630

Müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət dəyərlərinin təbliği və bu dəyərlərin möhkəmləndirilməsi indiki şəraitdə vacib məsələlərdən biridir.

Milli Məclisin sədr müavini Musa Qasımlı ERAmedia-ya açıqlamasında bildirib ki, bu məqsədə nail olmaq üçün istifadə edilən bütün vasitələr, o cümlədən Dünya Köçəri Oyunlarının keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Musa Qasımlının sözlərinə görə, xalqların bir ərazidən digərinə köçməsi, yeni məskənlər salması və gəldikləri ərazilərə öz mədəniyyətlərini, adət-ənənələrini gətirməsi tarixin müxtəlif dövrlərində baş verib.

“IV-VII əsrlərdə böyük köçün baş verməsi ilə bir sıra tayfaların və xalqların məskunlaşma yerləri dəyişib. Bu proses özü ilə müəyyən çətinliklər gətirməklə yanaşı, xalqların və mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə də xidmət edib”, – deyə Musa Qasımlı qeyd edib.

O vurğulayıb ki, köçəri xalqlar sanki müasir dünyada gedən qloballaşma proseslərini özünəməxsus şəkildə həyata keçirərək mühüm sivilizasiya yaradıblar.

“Bu baxımdan köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin, milli dəyərlərinin və idman növlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından qardaş Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunları olduqca önəmlidir”, – Musa Qasımlı bildirib.

Milli Məclisin sədr müavini qeyd edib ki, bu cür kütləvi tədbirlərdə iştirak və keçirilən görüşlər yalnız mədəni və humanitar baxımdan deyil, həm də böyük siyasi əhəmiyyət daşıyır.

“Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Dünya Köçəri Oyunlarının açılışında iştirak etmələri və keçirdikləri görüşlər xalqlar arasında dostluğun, qarşılıqlı hörmətin və əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədinə xidmət edir”, – deyə Musa Qasımlı vurğulayıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər