media-photo_275947

“Financial Times” qəzeti İsrailin Tehran yollarındakı video‑nəzarət kameralarını ələ keçirərək, İranda yüksək vəzifəli şəxslərin gündəlik həyatını izlədiyini, bu məlumatların isə İranın ali lideri Əli Xameneinin öldürüldüyü iddia edilən “Qəzəbli şir” əməliyyatının planlaşdırılması üçün istifadə olunduğunu yazıb.

ERAmedia xəbər verir ki, qəzetin məlumatına görə, Xameneinin ətrafında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agent mənbəyi fəaliyyət göstərib. Məlumatda bildirilir ki, İsrail kəşfiyyatı Xameneinin və onun təhlükəsizlik xidmətinin əməkdaşlarının hərəkət vərdişlərini, iş qrafiklərini, yollarını və ətrafındakı yüksək rütbəli şəxslərin kimliklərini müəyyən edib.

Həmçinin qeyd olunur ki, İsrail toplanmış böyük həcmdə məlumatı emal etmək üçün süni intellekt və xüsusi alqoritmlərdən istifadə edib.

Əlavə olaraq, ABŞ‑ın Mərkəzi Kəşfiyyat İdarəsi Xameneinin öldürüldüyü günün dəqiq yerini təsdiqləyən əlavə mənbə məlumatını İsrailə verib.

“Financial Times”ın məlumatında İsrailin Xameneinin qorunduğu binalar kompleksinə “Sparrow” tipli raketlərlə hücum etdiyi, taktiki gözlənilməzliyi təmin etmək üçün təyyarələrin gündüz saatlarında uçuşlara cəlb edildiyi, İranın yüksək hərbi hazırlıq səviyyəsinə baxmayaraq planın icra olunduğu vurğulanır.

Bildirilir ki, kompleksə ümumilikdə 30 raket atılıb və hücum zonasında mobil qüllələr sıradan çıxarılıb. Bu səbəbdən təhlükəsizlik xidmətinin əməkdaşlarının telefonlarına xəbərdarlıq zəngləri çatmayıb.

Əməliyyat radio‑elektron kəşfiyyat, mobil şəbəkələrə müdaxilə və ABŞ mənbəyinin görüşün baş tutduğunu təsdiqləmə məlumatlarını da əhatə edib.

Qəzet yazır ki, əməliyyatın planlaşdırılmasına 2001‑ci ildə keçmiş Baş nazir Ariel Şaron tərəfindən Mossad-a İranı əsas hədəf elan etmək tapşırığı verildiyi vaxtdan başlanıb.


media-adspc

Bənzər xəbərlər