media-1af56a83328c4c2df6cd

İranın Ali Lideri Ayətullah Əli Xamenei cümə günü dövlət televiziyasında etdiyi çıxışında bildirib ki, xarici güclər İrandakı etirazlarda iştirak edir.

ERAmedia xəbər verir ki, çıxışında o, xəbərdarlıq edib: “İran etirazlar qarşısında geri çəkilməyəcək, xaricilərə xidmət etməyə dözməyəcək”.

Xamenei əlavə edib ki, xarici güclər üçün işləyən hər kəs həm xalq, həm də İslam sistemi tərəfindən rədd ediləcək.

Xamenei həmçinin ABŞ prezidenti Donald Trampın İran xalqını dəstəklədiyinə dair iddialarına şübhə ilə yanaşaraq onu ötən il İrana hücumlarda minə yaxın iranlının ölümündə iştirak etməkdə günahlandırıb.

Əıi Fərhad

 


media-adspc

Bənzər xəbərlər