Yəməndə qaçqın düşənlərin sayı 94 min nəfərə çatıb
Yəmənin cənub-qərbində husilərlə hökumət qüvvələri arasında baş verən son döyüşlər nəticəsində qaçqın düşənlərin sayı 93 min 864 nəfərə çatıb.
ERAmedia xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Qeyd olunur ki, məcburi köçə ən çox məruz qalan vilayətlər Taiz və Ləhcdir. Təkcə Cəbəl Həbəşi rayonundan 18840 nəfər evini tərk etməyə məcbur qalıb. Qonşu əl-Muafir rayonundan köçkünlərin sayı 9966-a çatıb.
Bununla yanaşı, qeyd olunur ki, Yəmənin Ədən, əl-Hudeydə, Abyen vilayətlərindən də köçlər baş verib.
Beynəlxalq Miqrasiya Təşkilatı donor qurumları didərginlərin müvəqqəti sığınacaq, su və digər ehtiyaclarının təmin edilməsinə təcili dəstək göstərməyə çağırıb.
Xatırladaq ki, təşkilattəhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən bölgədəki fəaliyyətlərini müvəqqəti dayandırıb.










