Kral onlarla görüşəcək
Böyük Britaniya Kralı III Çarlz bu həftə dünyanın aparıcı süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edəcək.
ERAmedia “Reuters”ə istinadla xəbər verir ki, görüşdə sürətlə inkişaf edən süni intellekt texnologiyalarının idarə olunması üçün ortaq prinsiplərin müəyyənləşdirilməsinə ehtiyac olub-olmadığı müzakirə ediləcək.
Görüşdə “Nvidia”, “Google DeepMind”, “OpenAI” və “Anthropic” şirkətlərinin rəhbərləri, həmçinin Böyük Britaniyanın süni intellekt üzrə naziri iştirak edəcəklər. Tərəflər süni intellektdən cəmiyyətin rifahı naminə istifadə edilməsi və texnologiyanın inkişafında insan ləyaqətinin qorunması məsələləri barədə müzakirələr aparacaqlar.
Süni intellektin mümkün riskləri ilə bağlı müzakirələr “Anthropic” şirkətinin iki tədqiqatçısının sürətlə inkişaf edən texnologiyanın yaxın gələcəkdə bəşəriyyət üçün ciddi təhlükə yarada, hətta insan nəslinin məhvinə səbəb ola biləcəyi barədə xəbərdarlığından sonra yenidən aktuallaşıb.
“Anthropic” şirkətinin baş icraçı direktoru Dario Amodei şənbə günü bildirib ki, şirkətlər süni intellekt modellərinin inkişaf tempini azaltmalıdırlar. San-Fransiskoda yerləşən şirkət ötən həftə yaydığı təhdidlərə dair hesabatda müxtəlif şəxslər və qruplar tərəfindən “Claude” süni intellekt modellərindən silahların hazırlanması, kib əməliyyatları, müşahidə və dələduzluq kimi fəaliyyətlərdə istifadə edildiyini açıqlayıb.










