media-17954389642159251205_1200x630

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 17024:2024 “Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlar üçün ümumi tələblər” dövlət standartının yeni versiyası ISO/IEC 17024:2026 “Conformity assessment – General requirements for bodies operating certification of persons” beynəlxalq standartı əsasında qəbul edilib.

ERAmedia-ya Dövlət Agentliyindən bildirilib ki, bu dövlət standartı şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanların səriştəliliyinə, qərəzsizliyinə və fəaliyyətinin ardıcıllığına dair ümumi tələbləri müəyyən edir.

Sözügedən dövlət standartı AZSTAND-ın nəzdində təsis edilən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.


media-adspc

Bənzər xəbərlər