media-66165b29-29d2-45be-b793-795d7517ab8c-1

“İşte Benim Stilim” və “Bu Tarz Benim” proqramları ilə tanınan Ayşənur Balcı məşhurlara qarşı keçirilən qanunsuz maddə əməliyyatı çərçivəsində saxlanılıb.

ERAmedia xəbər verir ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan qanunsuz və psixoaktiv maddələrlə mübarizə üzrə istintaq çərçivəsində məşhur yarışma iştirakçısının da aralarında olduğu şübhəlilərə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

İstintaqın təfərrüatına görə, prokurorluq ictimaiyyətə sənətçi, aktyor, iş adamı və sahibkar kimi tanınan şəxslərin qanunsuz maddələrdən istifadə etməsi, onların istifadəsini asanlaşdırması və ya bu məqsədlə yer təmin etməsi ilə bağlı əsaslı şübhə yaradan konkret sübutlar əldə edib.

Bu çərçivədə aralarında Ayşənur Balcının da olduğu 25 şübhəli barəsində saxlanılma qərarı verilib.


media-adspc

Bənzər xəbərlər