media-1784341353214_362d6085738t1864l1-bau-cu-my-12

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DTD) seçici siyahılarında vəfat etmiş kimi qeyd olunan 400 mindən çox şəxsin adını müəyyən edib.

ERAmedia xəbər verir ki, bunu DTD rəhbəri Markueyn Mallin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq nəticəsində seçici siyahılarında 28 min qeyri-vətəndaşın da adı aşkarlanıb. Mallin qeyd edib ki, müəyyən edilən hallar ABŞ-nin 50 ştatından yalnız 23-nü əhatə edir.

Departament rəhbəri bildirib ki, Kaliforniya, Pensilvaniya, Nyu-Cersi və Nevada ştatlarında ABŞ vətəndaşı olmayan 250 min qeydiyyatdan keçmiş seçici müəyyən edilib.


media-adspc

Bənzər xəbərlər