ABŞ İrana yeni zərbələr endirir
ABŞ hərbi qüvvələri İrandakı hədəflərə qarşı yeni zərbələr endirməyə başlayıb.
ERAmedia xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial media platformasında məlumat yayıb.
Məlumata görə, bu, ardıcıl beşinci gecədir ki, ABŞ ordusu İranın hərbi imkanlarını zəiflətməyə yönəlmiş əməliyyatlar həyata keçirir.
CENTCOM hücumların konkret hansı hədəfləri əhatə etdiyini açıqlamayıb.










