ABŞ İranda hərbi hədəflərə zərbələr endirdi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hərbi hədəflərə qarşı yeni hücumların başladığını açıqlayıb.
ERAmedia xəbər verir ki, CENTCOM-un yaydığı məlumatda əməliyyatların İranın Hörmüz boğazında ticarət gəmilərini təhdid etmək imkanlarını zəiflətməyə yönəldiyi bildirilib.
ABŞ Mərkəzi Komandanlığı İran ərazisinə qarşı yeni hərbi əməliyyatlarla bağlı açıqlamanı sosial media hesabı vasitəsilə yayıb.
Açıqlamada ABŞ qüvvələrinin Şərq vaxtı ilə saat 19:00-da İrandakı “hərbi hədəfləri” vurmağa başladığı qeyd olunub.
CENTCOM-un “X” sosial şəbəkəsində paylaşdığı məlumatda İran əleyhinə yeni hücumlar barədə məlumat verilib.
Bildirilib ki, bu əməliyyatlarla birlikdə ABŞ son 11 gecə ərzində ardıcıl olaraq İrana qarşı zərbələr endirib. Hücumların əsas məqsədinin İranın Hörmüz boğazında ticarət gəmilərini təhdid etmək qabiliyyətini zəiflətmək olduğu vurğulanıb.









