ABŞ və İran görüşünün vaxtı AÇIQLANDI
ABŞ və İran arasında danışıqların, çox güman ki, bazar ertəsi – aprelin 20-də Pakistanda baş tutacağı bildirilir. Lakin görüş hələ rəsmi olaraq təsdiqlənməyib.
ERAmedia xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ prezident administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Donald Trampın danışıqlarla məşğul olan komandası gözləmə rejimindədir və görüşdə iştirak etməyə hazırdır.
Nəşr qeyd edir ki, ötən həftəsonu bir neçə raund danışıqlar aparılıb, lakin onlar münaqişəyə son qoya biləcək ciddi irəliləyişlə nəticələnməyib.









