media-virus-850

Çilidə hantavirusa yoluxma səbəbindən ölüm hallarının artması ilə əlaqədar sanitariya-epidemioloji həyəcan elan edilib.

ERAmedia xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çilinin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Səhiyyə Nazirliyi hantavirusla əlaqədar ilk dəfə olaraq sanitariya həyəcanı elan edib. Bu tədbir Atakamadan Maqalyanesə qədər olan regionlara şamil edilir və 2027-ci il iyulun 31-dək qüvvədə olacaq”, – qurumdan bildirilib.

Məlumata görə, 2026-cı ilin əvvəlindən ötən həftəyə qədər ölkədə 46 yoluxma halı qeydə alınıb və onlardan 18-i ölümlə nəticələnib. 2025-ci ildə Çilidə 44 yoluxma halı aşkar edilib, onlardan səkkizi ölümcül olub.

Qeyd edək ki, hantaviruslar, əsasən, kiçik məməliləri yoluxduran, lakin insana da keçə bilən viruslar fəsiləsidir. Ağır hallarda yoluxanlarda ağciyərlərin zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma inkişaf edir.


media-adspc

Bənzər xəbərlər