media-17852678415319042635_1200x630

Portuqaliyanın Braqa, Maia, Barcelos və Fafe şəhərlərində dünyanın tanınmış teatr xadimlərini, yaradıcı kollektivləri və mədəniyyət rəhbərlərini bir araya gətirən V Beynəlxalq Teatr Festivalı keçirilib.

Teatrdan ERAmedia-ya bildirilib ki, Portuqaliya, İspaniya, İtaliya, Ukrayna və Moldova daxil olmaqla, ümumilikdə 10 ölkədən 80-dən çox teatr mütəxəssisinin qatıldığı, 14 tamaşanın nümayiş olunduğu beynəlxalq tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı jüri qismində iştirak edib.

Direktor festival çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına həsr olunmuş tədbir və panel müzakirələrdə iştirak edərək bir sıra ölkələrin teatr rəhbərləri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb.

A.Bəhramlı, həmçinin Avrasiya Teatrlar Assosiasiyası (ETA) təsisçilərinin iclasında da iştirak edib. Beynəlxalq teatr dialoqunun inkişafına mühüm töhfə verən V Beynəlxalq Teatr Festivalı 45 illik yubileyini qeyd edən “Teatro Circo”nun təşkilatçılığı, Portuqaliya Mədəniyyət Nazirliyi, “DGArtes”, yerli bələdiyyələr və Avrasiya Teatrlar Assosiasiyasının tərəfdaşlığı ilə reallaşıb.


media-adspc

Bənzər xəbərlər