ABŞ yenidən İranı vurmağa başlayıb
ABŞ İran ərazisinə növbəti zərbələr dalğasına başlayıb.
ERAmedia xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Bu gün saat 06:00-da (Bakı vaxtı ilə 14:00 – red.) ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana bir sıra zərbələr endirməyə başlayıb. Onlar Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək üçün istifadə olunan İran qüvvələrinin hərbi potensialını daha da zəiflətmək məqsədi daşıyır”, – məlumatda deyilir.









