media-17652056496014426358_1200x630
media-bant_master

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin 11 ayı ərzində 350 blok-qatar, o cümlədən 128 tranzit qatar qəbul edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur.

ADY-dən ERAmedia -ya bildirilib ki, qeyd olunan dövrdə ümumilikdə 123 min 992 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (105 min 496 TEU) təxminən 18 faiz çoxdur.


media-adspc

Bənzər xəbərlər