media-1685974510_1675875836_1664560231_sanksiya-rusiya-1

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

ERAmedia xəbər verir ki, sanksiyalar iyulun 1-də və 5-də gecələr Kiyevə endirilən ölümcül zərbələr, eləcə də mülki infrastrukturu hədəf alan hücumlarla əlaqədar 1 fiziki və 5 hüquqi şəxsə şamil olunub.

Aİ-nin məlumatında bildirilib ki, siyahıya daxil edilən 5 şirkət pilotsuz uçuş aparatları üçün elektron və radioelektron komponentlər hazırlayan və istehsal edən “ABS Electro Group”un tərkibində fəaliyyət göstərir. Onların “Shahed” və “Geran” tipli pilotsuz aparatların radioelektron mübarizə vasitələrinə qarşı davamlılığını artıran sistemlərin hazırlanmasına töhfə verdiyi qeyd olunur.

Sanksiya siyahısına, həmçinin “ABS Electro Group”un Direktorlar Şurasının sədri və qrupun bir neçə şirkətinin direktoru İrina Xarisova da daxil edilib. Yeni məhdudiyyətlər aktivlərin dondurulmasını, maliyyə və iqtisadi resursların təqdim olunmasının qadağan edilməsini, fiziki şəxs üçün isə Aİ ərazisinə giriş qadağasını nəzərdə tutur.


media-adspc

Bənzər xəbərlər