Almaniya Azərbaycana yeni səfir təyin edib - FOTO
Almaniya Azərbaycana yeni səfir təyin edib.
ERAmedia xəbər verir ki, bu barədə Almaniya Federal Xarici İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Bildirilib ki, Almaniyanın Omandakı sabiq səfiri Dirk Lölke Azərbaycana yeni səfir təyin olunub.
Məlumata görə, Dirk Lölke iyulun sonunda diplomatik missiyasının icrasına başlayacaq.
Qeyd edək ki, Almaniyanın Azərbaycandakı əvvəlki səfiri Ralf Horlemann diplomatik fəaliyyət müddətini başa vurub.











