media-179389626872415736_1200x630

Qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxıb.

ERAmedia xəbər verir ki, Bakı klubu 1/32 final mərhələsinin ikinci görüşündə Danimarkanın “Holte IF” kollektivini sınağa çəkib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunan görüş təmsilçimizin 3:0 (26:24, 25:21, 25:14) hesablı qələbəsi ilə bitib.

Bu nəticədən sonra “DH Volley” 1/16 finala yüksəlib.

Qeyd edək ki, komandalar arasında birinci qarşılaşmada “DH Volley” 3:1 hesabı ilə qalib gəlib.


media-adspc

Bənzər xəbərlər