media-17938954503654637016_1200x630

Türkiyənin Afyonkarahisar vilayətinin İshaniye rayonunun üç fərqli bölgəsində silahlı hücum nəticəsində ümumilikdə 8 nəfər ölüb.

ERAmedia  NTV telekanalına istinadla xəbər verir ki, Ayazini kəndi ərazisində 3, Kıyır kəndi ərazisində isə 2 cəsəd aşkarlanıb. Vilayətin başqa səmtində daha iki nəfərin güllələnmiş meyiti tapılıb.

Həmçinin ağır yaralanan 2 nəfərdən birinin xəstəxanada öldüyü bildirilir.

İlkin məlumata görə, hadisəni törədən şübhəlilər Kütahya şəhəri istiqamətinə qaçıblar. Onların axtarışı davam etdirilir.


media-adspc

Bənzər xəbərlər