media-17939061104220116439_1200x630

Bakıda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq, noyabrın 5-də 100 metrlik maneə zolağını qətetmə növü üzrə yarışlar keçirilib.

Fövqəladə Hallar Nazirliyindən  ERAmedia – ya bildirilib ki, yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib.

Kişilər arasında 100 metrlik maneə zolağını qətetmə növündə I yeri Yang Ding Hao – Çin, II yeri Grebenşikov Dmitri – Rusiya, III yeri isə Masalov Danol – Belarus tutub.

Qadınlar arasında I yerə Yisupova Maysara – Özbəkistan, II yerə Xvorstkina Arina – Rusiya, III yerə isə Tsenova Olesiya- Rusiya layiq görülüblər.

Qalib və mükafatçılara medalları fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev təqdim edib.

Mükafatlandırma mərasimində qalib ölkələrin Dövlət himnləri səsləndirilib.


media-adspc

Bənzər xəbərlər