Azərbaycanda dövlət qiymətli kağızlarının ümumi dəyəri 11 % azalıb
Bu ilin I yarısında Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri ötən ilin sonu ilə müqayisədə 11 % və yaxud 1 milyard manat azalaraq 8,5 milyard manata düşüb.
ERAmedia “Report ” a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.
Sənədə əsasən, azalmanı şərtləndirən əsas amil Maliyyə Nazirliyinin yeni emissiya təşkil etməməsi olub.
Yanvar-iyun aylarında tədavüldə olan dövlət istiqrazlarının ümumi dəyəri 15 % və yaxud 1,5 milyard manat azalaraq 7,9 milyard manat, AMB-nin notlarının ümumi dəyəri isə 2,9 dəfə və yaxud 0,4 milyard manat artaraq 0,6 milyard manata çatıb.