media-69fe994d71fb869fe994d71fb9177829306969fe994d71fb569fe994d71fb6

Belçikanın müdafiə naziri Teo Franken 2029-cu ilə qədər 53 ədəd F-16 qırıcısının Ukraynaya təhvil veriləcəyini bəyan edib.

 ERAmedia xəbər verir ki, bu barədə Le Vif nəşri Belçika Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, plan üzrə ilk yeddi təyyarə bu il ərzində Ukraynaya göndərilməlidir.

Qeyd edilir ki, əvvəlki hökumət Ukrayna Prezidenti Volodimir Zelenskiyə ilk iki təyyarənin 2024-cü ildə veriləcəyini vəd etsə də, Belçika indiyədək Kiyevə heç bir F-16 təhvil verməyib.

Gecikmənin əsas səbəbi kimi Belçikanın 2018-ci ildə sifariş etdiyi və köhnə F-16 donanmasını əvəz etməli olan “F-35 Lightning II” qırıcılarının çatdırılmasındakı ləngimələr göstərilir.


media-adspc

Bənzər xəbərlər