media-1742982276194375787867e3cc8444ba3

Çinin Taklamakan səhrasında ABŞ və Tayvana aid hərbi hədəfləri simulyasiya edən maket obyektlər inşa etdiyi iddia olunur.

ERAmedia xəbər verir ki, dünya mətbuatında yayılan görüntülərdə Çinin Taklamakan səhrasında ABŞ və Tayvana aid hədəfləri simulyasiya edən maket hərbi obyektlərin yerləşdiyi və onların Hind-Sakit okean regionunda baş verə biləcək mümkün münaqişə ssenariləri üzrə təlimlərdə istifadə edildiyi bildirilib.

İngiltərənin “The Telegraph” qəzetinin məlumatına görə, obyektdə ABŞ-a məxsus hərbi gəmilərin və döyüş təyyarələrinin maketləri ilə yanaşı, Yaponiyadakı Yokosuka Dəniz Bazası və Tayvanın paytaxtı Taypeydəki hökumət kvartalının bir hissəsini simulyasiya edən tikililər də yer alır.

Məlumata görə, bəzi hərbi gəmi maketləri dənizdə hərəkət edən gəmiləri imitasiya etmək məqsədilə təxminən 23 mil (37 kilometr) uzunluğunda dəmir yolu xətti üzərində hərəkət edən platformalara yerləşdirilib. Bu maketlər real sursatlardan istifadə olunan təlimlər zamanı raket hücumlarının hədəfi kimi istifadə edilir.

Hesabatda qeyd olunur ki, sözügedən obyektlər Çinin strateji obyektlərə və hədəflərə mümkün hücum ssenariləri üzrə təlim keçdiyini göstərir. Bildirilir ki, bu vəziyyət Tayvan məsələsi və ABŞ-ın Asiya-Sakit okean regionundakı hərbi mövcudluğu fonunda Vaşinqtonla Pekin arasında artan gərginliyin əks-sədasıdır.


media-adspc

Bənzər xəbərlər