media-videoedited
media-hmwcuwu15w1f5hcaivl6puxjq0hjpbhsuh4uks4w
media-shehidler_olmez_baner_full

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində 265.369 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

ERAmedia  xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 49.717-si (18.7 %) ilkin, 215.652-si (81.3 %) isə təkrar qeydiyyatın payına düşür.

Bu dövrdə fərdi yaşayış və bağ evi üzərində – 51.148, mənzil – 68.527, torpaq sahəsi – 136.091, qeyri-yaşayış binası – 2.290, qeyri-yaşayış sahəsi – 6.696, əmlak kompleksi – 519, çoxmərtəbəli yaşayış binası – 95 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 75.193-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-sentyabr ayları ərzində 186.410 texniki pasport tərtib edilib, 44.760 ipoteka müqaviləsi qeydiyyata alınıb.


media-adspc

Bənzər xəbərlər